Azərbaycanın Sənaye Portalı

8-11 oktyabr 2015-ci il tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “XVII Qızıl Payız - 2015” adlı Rusiya aqrosənaye sərgisi keçiriləcəkdir. Kənd təsərrüfatı və qida istehsalı üzrə fəaliyyət göstərən Azərbaycan şirkətləri sərgidə iştiraka dəvət olunurlar.
Sərgi çərçivəsində biznes forum və BRİKS ölkələrinin (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) kənd təsərrüfatı üzrə investisiya layihələrinin sərgisi təşkil olunacaqdır. “Qızıl payız - 2015” sərgisində Rusiya və digər ölkələrdən 2 mindən artıq şirkətin iştirakı gözlənilir.

Sərgidə iştirak etməkdə maraqlı olan kənd təsərrüfatı və qida məhsulları istehsalçılarından 5 avqust 2015-ci il tarixinədək aşağıdakı əlaqə vasitələrindən istifadə edərək məlumat vermələri xahiş olunur:


Tel.: +99412  598 01 47/48 (dax.: 108) ,  +99412  561 00 98
E-mail: vmirzayev@azpromo.az