Azərbaycanın Sənaye Portalı

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) Yüksək Texnologiyalar Parkındakı ("YT Park") "Code Academy" layihəsi üzrə yeni təlimlərə başlanılacaq.

Növbəti təlimlərin təşkili ilə bağlı yaxın vaxtlarda elan veriləcək. "YT Park"da layihələrə dəstək və elmi potensial şöbəsinin rəisi Ülvi Aslanov hazırda yeni proqram üzərində işlərin aparıldığını deyib.

Layihənin əsas məqsədi ideyası olan gəncləri bu ideyaları həyata keçirmək üçün lazım olan texniki biliklərlə təmin etməkdir.

AZƏRTAC