Azərbaycanın Sənaye Portalı

Sentyabrın 27-də Nyu-Yorkda “ABŞ-da və Avropada tətbiqi elmlər və texnologiyalar” mövzusunda III Beynəlxalq elmi konfransı keçiriləcək.

Konfransın təşkilatçıları “ORT Publishing” (Ştutqart, Almaniya), “Cibunet Publishing” (Nyu-York şəhəri), Rusiyanın “Premyer” muxtar qeyri-kommersiya təşkilatıdır.

Konfransın işi “Antropologiya”, “Biologiya”, “Geologiya”, “Coğrafiya”, “Demoqrafiya və etnoqrafiya”, “Jurnalistika”, “ Tarix və arxeologiya”, “Riyaziyyat”, “Tibb”, “Sosiologiya” və digər bölmələri üzrə təşkil ediləcək.

Qeyd edək ki, tədbir distant formada keçiriləcək.

Məqalələr sentyabrın 26-dək qəbul olunur.

AZƏRTAC