Azərbaycanın Sənaye Portalı

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Sabirabad rayonunun Ulacalı kəndində işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
- iri fermer, intensiv bağçılıq, pambıqçılıq, istixana, cins heyvandarlıq təsərrüfatlarının, soya, mərci və noxud əkini;
- meyvə-tərəvəz və süd emalı müəssisələrinin yaradılması.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: info@anfes.gov.az