Azərbaycanın Sənaye Portalı

Cari ilin 15-17 mart tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində Sankt-Peterburq-Rusiya regionları və xarici ölkələr ”10-cu Peterburq Tərəfdaşlığı” adlı tədbir keçiriləcəkdir.
Tədbirin keçirilməsinin əsas məqsədi kiçik və orta müəssisələr arasında rəqabətqabiliyyətliliyin artırılması, regional tərəfdaşlarla birbaşa əlaqələrin qurulması və ən yeni istehsal texnologiyasından istifadənin genişləndirilməsidir. Tədbirdə sənayenin avtomobil istehsalı, gəmiqayırma, tikinti, energetika, metallurgiya, elektronika, plastik və rezin istehsalı sahələrinə xüsusi önəm verilir.
Tədbir haqqında ətraflı məlumatı www.partneriat-spb.ru saytından əldə edə bilərsiniz.