Azərbaycanın Sənaye Portalı

Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 2 fevral tarixli Sərəncamına əsasən Neftçala rayonunda yaradılan Sənaye Məhəlləsinin təşkili işləri tamamlanmaq üzrədir. Artıq Sənaye Məhəlləsi üçün ayrılmış 10 ha ərazidə xarici və daxili infrastruktur (elektrik, istilik, qaz, su-kanalizasiya, rabitə, nəqliyyat infrastrukturu) yaradılmış, istehsal sahələri, yanğından mühafizə, inzibati və digər təyinatlı obyektlər tikilmişdir. Yaxın vaxtlarda Neftçala Sənaye Məhəlləsi sahibkarların istifadəsinə veriləcəkdir.
"Azərbaycan İnvestisiya Şirkəti" ASC Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək üçün sahibkarların qeyri-neft sənayesi üzrə layihə təkliflərinin qəbulunu davam etdirir.
Eyni zamanda, Neftçala Sənaye Məhəlləsinin iştirakçılarına və ətraf rayonlarda fəaliyyət göstərən sahibkarlara bank, sığorta, hüquq və s. xidmətlərin göstərilməsində maraqlı olan hüquqi və fiziki şəxslərin də layihə təklifləri qəbul olunur. Xidmət sahəsində fəaliyyət göstərən sahibkarlar Neftçala Sənaye Məhəlləsinin müasir tələblərə cavab verən inzibati binasında müvafiq yerlə təmin olunacaqdır.
Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərmək istəyən sahibkarlar "Azərbaycan İnvestisiya Şirkəti" ASC-yə müraciət edə bilərlər. Xatırladırıq ki, Neftçala Sənaye Məhəlləsində yerlər məhduddur.

Əlavə məlumat üçün:
Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 37,
"Demirchi Tower", 20-ci mərtəbə
Əlaqə telefonu: 488 80 10
E-poçt: info@aic.az