Azərbaycanın Sənaye Portalı

Qazaxıstan Respublikasının Şərqi Qazaxıstan vilayətində “Asiya Avto Qazaxıstan” şirkətinin bazası əsasında texnoparkın tikintisi həyata keçirilir. Texnoparkda istehsal zəncirinin bütün mərhələlərini əhatə edən illik 120 min avtomobil istehsalı gücünə malik  zavod və avtomobil ehtiyat hissələrinin istehsalı üzrə müəssisə fəaliyyət göstərəcəklər. Bununla bağlı, Qazaxıstanın “BİPEK Avto – Asiya Avto” şirkəti istehsal etdiyi avtomobil və ehtiyat hissələrinin Azərbaycanda satışı üçün birgə müəssisənin yaradılmasını təklif edir.
Qazaxıstan şirkəti ilə əməkdaşlıqda maraqlı olan sahibkarlar əlavə məlumatı aşağıdakı əlaqə vasitələrindən öyrənə bilərlər:

Tel.: +7 (7232) 772 440
E-mail: garantiauto@bipek.kz