Azərbaycanın Sənaye Portalı

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Qobustan rayonunda işgüzar forum keçirmişdir. Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilmişdir:
- cins heyvandarlıq, üzümçülük, arıçılıq (o cümlədən sənaye üsulu ilə bal istehsalı) və bağçılıq (nar) təsərrüfatlarının yaradılması;
- süd emalı və corab istehsalı müəssisələrinin yaradılması.
Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: info@anfes.gov.az