Azərbaycanın Sənaye Portalı

13-17 aprel 2016-cı il tarixlərində İran İslam Respublikasının paytaxtı Tehran şəhərində “İran Plast” sərgisi keçiriləcəkdir. Sərgidə neft-kimya və plastik məhsulların istehsalı sahəsində fəaliyyət göstərən bir çox İran və xarici şirkətləri iştirak edəcək.
Sərgidə iştirakla əlaqədar müraciət edən Azərbaycan iş adamları İranın Bakıdakı Səfirliyinin kommersiya attaşeliyi tərəfindən təsdiqləndiyi təqdirdə, İranda mehmanxana, daxili nəqliyyat, tərcümə və sığorta xidmətlərindən yararlana bilərlər. Bunun üçün sərgidə iştirak etməkdə maraqlı olan şəxslərdən aşağıdakı əlaqə vasitələrindən istifadə edərək ən geci 3 aprel tarixinədək İranın Bakıdakı Səfirliyinin kommersiya attaşeliyinə məlumat vermələri xahiş olunur:

Tel.: +99412 492 44 07, +99412 492 19 64; Faks: +99412 498 07 33
E-mail: mnagizade@yahoo.com