Azərbaycanın Sənaye Portalı

Nəzərinizə çatdırırıq ki, 21-23 dekabr 2015-ci il tarixlərində İran İslam Respublikasının paytaxtı Tehran şəhərində İran-Azərbaycan Biznes Forumu keçiriləcək. Forumda iştirak etmək üçün Azərbaycan Respublikasının biznes nümayəndə heyətinin İrana səfəri planlaşdırılır.

Biznes forumda hər iki ölkədən rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı nəzərdə tutulur. Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə özlərinə yeni tərəfdaşlar tapmaq və işgüzar əlaqələr qurmaq imkanı əldə edəcəklər. Sizi Azərbaycan nümayəndə heyətinin tərkibində qeyd olunan səfərdə iştiraka dəvət edirik.

Tədbirlə bağlı əlavə məlumata ehtiyacınız olduqda bizimlə əlaqə saxlamağınızı xahiş edirik. Vaxt məhdudluğunu nəzərə alaraq, forumda şirkətinizi təmsil edəcək şəxsin adını, soyadını və vəzifəsini qısa müddət ərzində telefon və ya e-mail vasitəsilə (tel.: 012 5980147/48, daxili: 119,120,123,108, e-mail: govchuyev@azpromo.az;) bizə bildirməyinizi xahiş edirik.