Azərbaycanın Sənaye Portalı

Nəzərinizə çatdırırıq ki, 2015-ci ilin 30 sentyabr tarixində Rusiya Federasiyasının Yekaterinburq şəhərində VI Rusiya-Azərbaycan Regionlararası Forumu və 1 oktyabr   tarixində həmin forum çərçivəsində I Rusiya-Azərbaycan Gənclər İqtisadi Forumu keçiriləcəkdir.

VI Rusiya-Azərbaycan Regionlararası Forumunda ölkəmizdən və Rusiyanın bir çox regionlarından rəsmi şəxslər və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar iştirak edəcəkdir. Tədbir zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri ikitərəfli görüşlərdə özlərinə yeni tərəfdaşlar tapmaq və iş əlaqələri qurmaq imkanı əldə edəcəklər. Sizi qeyd olunan tədbirdə iştirak üçün Azərbaycan nümayəndə heyətinin tərkibində Yekaterinburq şəhərinə səfərə dəvət edirik.

Tədbirlə bağlı əlavə məlumata ehtiyacınız olduqda bizimlə əlaqə saxlamağınızı xahiş edirik. Vaxt məhdudluğunu nəzərə alaraq, forumda şirkətinizi təmsil edəcək şəxsin adını, soyadını və vəzifəsini qısa müddət ərzində telefon və ya e-mail vasitəsilə (tel.: 012 5980147/48,  daxili: 108, 119, 129, e-mail: vmirzayev@azpromo.az;) bizə bildirməyinizi xahiş edirik.

Tədbirə qeydiyyat