Azərbaycanın Sənaye Portalı

Nəzərinizə çatdırırıq ki, 6 mart 2016-cı il tarixində Macarıstanın Baş naziri cənab Viktor Orbanın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Macarıstan Biznes Forumu keçiriləcəkdir.

Biznes foruma qida və kənd təsərrüfatı, İKT, tikinti, bərpa olunan enerji və tullantıların idarə edilməsi, sənaye məhsulları və avadanlıqlarının istehsalı, yüngül sənaye, turizm, əczaçılıq, təhsil, aviasiya, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 50-dən artıq Macarıstan şirkətinin qatılacağı gözlənilir. Tədbirin bazar günü 6 mart tarixində saat 09:30-dan etibarən Bakı Biznes Mərkəzində keçiriləcəyini diqqətinizə çatdırır və Sizi qeyd olunan forumda iştiraka dəvət edirik.

Tədbirdə şirkətinizi təmsil edəcək şəxslə bağlı məlumatı bizə (tel.: 012 5980147/48 və ya 4371142, daxili: 108, 119, 123; e-mail: vmirzayev@azpromo.az)  bildirməyinizi xahiş edirik.

Tədbirə qeydiyyat