Azərbaycanın Sənaye Portalı

Noyabrın 6-da saat 11.00-da İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün onlayn maarifləndirmə tədbiri keçiriləcək.

Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi ilə təşkil olunacaq onlayn tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən 2020-ci ilin 1 yanvar tarixindən etibarən kənd təsərrüfatı sektorunda tətbiq olunacaq dövlət dəstəyi mexanizmlərinə və yeni subsidiya qaydalarına dair məlumat veriləcək, sahibkarları maraqlandıran suallar cavablandırılacaqdır.

Onlayn tədbirə ölkənin istənilən yerindən internetə çıxışı olan kompyüter, planşet və mobil telefondan istifadə etməklə qoşulmaq mümkündür (şifrə 711809561):

- Kompyüter vasitəsilə birbaşa qoşulmaq üçün https://zoom.us/j/711809561 linkinə daxil olmaqla;

- iPhone və Android vasitəsilə “App Store”dan və “Google Play”dən “Zoom Cloud Meetings” tətbiqini yükləməklə.

Agentliyin ölkənin 16 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları tərəfindən onlayn tədbirə qoşulmaq istəyən sahibkarlara hər cür dəstək göstəriləcəkdir.

Onlayn maarifləndirmə tədbirinə qoşulmaqla bağlı istənilən məsələ ilə əlaqədar KOBİA-ya müraciət edə bilərsiniz (əlaqələndirici şəxs: 055 525 30 30, Adil Əhmədov).