Azərbaycanın Sənaye Portalı

Əfqanıstanın Kənd Təsərrüfatı, Suvarma və Heyvandarlıq Nazirliyi tərəfindən cari ilin 19-21 oktyabr tarixlərində 17-ci Kabil Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi təşkil olunacaqdır.
Ticarət sahəsində aparıcı tədbir olmaqla, Kabil Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi idxalçıları, ixracatçıları, pərakəndə və topdansatış təmsilçilərini, istehsalçıları və digər müvafiq xidmət təklif edən aidiyyəti iş adamlarını bir araya gətirir. Sərgi çərçivəsində məhsulların nümayişi arenası, təkbətək işgüzar görüşlər, yeni texnologiyaların təqdimatı nəzərdə tutulub. Sərgidə, həmçinin öz məhsullarını Əfqanıstan bazarına çıxarmaq istəyən biznes adamları üçün sponsorluq imkanları da təklif olunacaq.
Tədbirdə iştirak etmək istəyənlər əlavə məlumat üçün qeyd olunan əlaqə vasitələrindən istifadə edə bilərlər:

Tel: +93(0) 744371757/ + 93(0) 781980180/ +93(0) 771692020
Email: agfair@mail.gov.af
İnternet səhifə: www.mail.gov.af