Azərbaycanın Sənaye Portalı

“BakuBuild” - Azərbaycan və Xəzər regionunun ən böyük inşaat sərgisi 2015-ci ildə dünyanın 25 ölkəsindən 413 şirkət qəbul edib, 11 562 ziyarətçi ekspozisiya ilə tanış olub. BakuBuild - memarlıq və inşaat, dizayn və təmir sahələrində ən əhəmiyyətli professional tədbirdir, eləcə də Azərbaycanda inşaat biznesin aparılmasına dair mühüm suallarının müzakirə meydançasıdır.

 

Sərgi bölmələri

İNŞAAT

İNTERYER

PƏNCƏRƏ TEXNOLOGİYALARI VƏ QAPILAR

KERAMİKA VƏ DAŞ

LANDŞAFT VƏ YAŞILLAŞDIRMA

İNŞAAT TEXNİKASI

SANİTARİYA

MEBEL

 

AĞAC EMALI

 

“BakuBuild-2015” sərgisi üzrə faktları və rəqəmlər

 

Təsis edildiyi tarix: 1995-ci il

Dövrilik: İldə bir dəfə

Ümumi sahəsi: 11 757 kv.m.

İştirakçılarının sayı: 413

  • Yerli iştirakçılar

116

  • Xarici iştirakçılar

297

 

İştirakçı ölkələrin sayı: 25

ABŞ, Almaniya, Azərbaycan, BƏƏ, Belarus Respublikası, Böyük Britaniya, Çex Respublikası, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, Hollandiya, İtaliya, İran, İspaniya, Kanada, Koreya, Polşa, Portuqaliya, Rusiya, Səudiyyə Ərəbistan, Türkiyə, Ukrayna və Yunanıstan.

Almaniya, BƏƏ, İtaliya, İran, İspaniya, Hindistan və Çex Respublikası milli qrupları.

 

İştirakçı şirkətlərin 73%-i yeni işgüzar əlaqələr qurmağa müvəffəq olub.

İştirakçıların 40%-i “BakuBuild-2015” sərgisində yeni müqavilələr imzalayıb.

İştirakçıların 82%-i sərginin nəticələri əsasında müqavilələrin imzalanmasını gözləyir.

İştirakçıların 63%-i gələcəkdə belə bir tədbirlərdə iştirakını təsdiqləyib.

 

Ziyarətçilər: 11 562

Ziyarətçilərin coğrafiyası:

Ölkələrin sayı: 41

ABŞ, Almaniya, Avstriya, Azərbaycan, Belarus Respublikası, Belçika, BƏƏ, Bolqarıstan, Bosniya və Herzoqovina, Böyük Britaniya, Çex Respublikası, Çin, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, İspaniya, İsrail, İsveç, İsveçrə, İran, İraq, İtaliya, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Lüksemburq, Macarıstan, Niderland Krallığı, Özbəkistan, Polşa, Rusiya, Slovakiya, Sloveniya, Türkiyə, Türkmənistan, Ukrayna, Yaponiya və Yunanıstan.

 

 

RƏYLƏR

Luidji di Aprea,

İtaliya Ticarət Agentliyinin (ITA) direktoru

 

“ - İlk dəfədir ki, biz sərgidə milli pavilyon formatında çıxış edir və 65 şirkətin təxminən 80 brendini təqdim edirik. Təşkilatımız İtaliya şirkətlərinə beynəlmiləlləşmə prosesində və xarici bazarlara çıxmaqda dəstək göstərir. Mən hesab edirəm ki, hazırkı sərgi bu sahədə regionun ən iri tədbiridir.

Biz sərgidən çox razıyıq və bu tədbirdə gələn il də iştirak etməyi planlaşdırırıq.”

 

 

Ellen Şaal,

Almaniya milli pavilyonunun direktoru

 

“- “BakuBuild” sərgisinin daimi iştirakçısı kimi, biz artıq onuncu dəfədir ki, bu tədbirdə milli stendlə çıxış edirik. Bu dəfə stendimiz çərçivəsində müxtəlif profilli 13 alman şirkəti təqdim edilir. Təqdim olunan əksər şirkətlərin Azərbaycan bazarında tərəfdaşları yoxdur, digər alman şirkətləri isə Azərbaycanda uzun illər uğurla fəaliyyət göstərir.

“BakuBuild” regionun nəhəng inşaat sərgisidir və bu tədbirin həm iştirakçılar, həm də sənayenin inkişafı üçün əhəmiyyətini layiqincə qiymətləndirməmək olmaz.”

 

 

Muhəmməd Essa Əl-Mxeyri,

Dubay İnkişaf Departamenti Agentliyinin İxrac bazarları bölməsinin Baş meneceri

 

“ - BƏƏ-nin birgə stendinin tərkibində istehsal fəaliyyəti ilə məşğul olan 10-dan artıq şirkət var. Biz 2013-cü ildən etibarən sərgidə iştirak edirik. Bəzi şirkətlərimiz Azərbaycanda kifayət qədər inkişaf etmiş biznesə malikdir. Eyni zamanda, debütant şirkətlər də biznes əlaqələri qurmaq üçün özlərinə tərəfdaşlar axtarırlar. Sərgiyə böyük maraq göstərilir və sevindirici haldır ki, ziyarətçilərin sayı kifayət qədər çoxdur.

Bizə yaxşı məlumdur ki, Azərbaycan bazarı böyük imkanlara malikdir. Paytaxt Bakı şəhəri inkişaf edir, yeni obyektlər tikilir və bu da yeni işgüzar layihələr üçün lazımı imkanlar yaradır.”

 

 

Mahir Quliyev,

“NB Group” şirkətində marketinq bölməsinin direktoru

 

“ – “NB Group” şirkəti ardıcıl olaraq 6 ildir ki, “BakuBuild” sərgisində iştirak edir. Şirkət dəfələrlə bu nəhəng tədbirin sponsoru olmuşdur. “BakuBuild” sərgisi təkcə Azərbaycanda deyil, ölkə hüdudlarından kənarda da böyük nüfuza malikdir. Tədbirdə çoxsaylı beynəlxalq və millətlərarası korporasiyaların iştirakı da bu faktı sübut edir. Sərgi bazar iştirakçıları arasında illik səmərəli görüşlərin keçirilməsinə kömək etməklə yanaşı, ümumilikdə, sənaye və inşaat sektorunun da inkişafına təkan verir.

Qeyd etmək istərdim ki, şirkətimiz “BakuBuild” sərgisi sayəsində yeni bazarlara çıxa bilib. “NB Group” şirkəti “BakuBuild” sərgisində iştirak etdiyi 6 il ərzində onlarla müxtəlif təşkilat və şirkət nümayəndəliyi ilə əməkdaşlıq əlaqələri qurub. Bu sərgidə iştirak öz gələcəyi barədə düşünən şirkətlər üçün son dərəcə vacibdir.”

 

 

İsrail Asaliyev,

“AAC” MMC-nin Baş direktoru

 

“ - Qafqaz regionunda məsaməli beton istehsalı üzrə ixtisaslaşan ilk müəssisə kimi, biz istehsal metodikasını və texnologiyalarımızı daim təkmilləşdirir və fəaliyyətimizin əhatə dairəsini genişləndirməyə çalışırıq. Biz “BakuBuild” sərgisində artıq dəfələrlə iştirak etmişik. “AAC” şirkəti həmişə müştərilərin maraq və imkanlarını nəzərə alır, onları zəruri məlumatlarla təmin etməyə çalışır və bu mənada,“BakuBuild” sərgisi bizim üçün əla marketinq vasitəsidir.”

 

 

Murad Rəfiyev,

“Remzi-S” ASC-də Biznesin inkişafı üzrə direktor

 

“ - Bizim bu mühüm sənaye forumunda iştirakımız Azərbaycan iqtisadiyyatının və onun inşaat sektorunun inkişafına öz töhfəmizi vermək arzusu ilə bağlıdır.

Biz “BakuBuild-2015” sərgisi çərçivəsində lak-boya nümunələrini nümayiş etdirən pavilyon-konstruksiyanı təqdim edirik.

Biz hesab edirik ki, “BakuBuild” sərgisi iqtisadiyyatın inşaat sektoru üzrə ixtisaslaşmış şirkətlər arasında əlaqələrin qurulmasına, sağlam rəqabət prosesinin inkişafına və hədəf istehlakçıların diqqətini istehsal olunan məhsullara cəlb etməyə kömək göstərir.”

 

 

Mariana Matiç,

“Halicanto” şirkətində satış şöbəsinin meneceri

 

“ - “Halicanto” şirkəti “BakuBuild” sərgisinin debütantlarından biridir. Bizim müəssisə İtaliyada ağacdan zərif mebel istehsalı sahəsində ixtisaslaşmışdır. Biz Azərbaycan bazarına daxil olaraq özümüzə etibarlı tərəfdaşlar tapmaq kimi konkret məqsədlə bu sərgidə iştirak edirik.

Qeyd etməliyəm ki, sərgi yüksək səviyyədə təşkil edilib və biz bu sərgidə uğurla iştirak edəcəyimizə ümid bəsləyirik.”

 

 

Yakub Kayataş,

“Novawood” şirkətinin Baş meneceri

 

“ - Bizim şirkət artıq üçüncü dəfədir ki, “BakuBuild” sərgisində iştirak edir. Əvvəlki sərgilərdə iştirak bizim üçün çox səmərəli oldu və biz bu xoş ənənəni məmnuniyyətlə davam etdiririk. Məqsədimiz “Novawood” brendini sənayenin peşəkarları arasında daha geniş tanıtmaq, eləcə də Azərbaycan bazarında reallaşdırılan müxtəlif layihələrdə iştirak etməkdir. 

 

 

Reza Qeransae,

“Sina Tile & Ceramic Inds. Group” şirkətinin Marketinq üzrə beynəlxalq meneceri

 

“ - MDB ölkələri arasında inşaat bazarı və bu sahə ilə bağlı olan sektorların inkişafı baxımından, Azərbaycan bazarı böyük potensiala malikdir. Bu perspektivli bazar bizi investisiya nöqteyi-nəzərindən maraqlandırır və məhz buna görə də, biz artıq ikinci dəfədir ki, regionun ən böyük tədbiri olan “BakuBuild” sərgisində iştirak edirik.

“Sina Tile & Ceramic Inds.Group” şirkəti Yaxın Şərq regionunda keyfiyyətli keramik plitə və kafellərin iri istehsalçısıdır. Biz Azərbaycanda özümüzə yeni tərəfdaş və distribyutorlar tapmaq, eləcə də möhkəm, uzunmüddətli və qarşılıqlı faydalı əlaqələr qurmaq niyyətindəyik.

Bu sərginin yüksək səviyyədə təşkil edildiyini vurğulamaq istəyirəm və əminliklə deyə bilərəm ki, biz “BakuBuild” sərgisində gələcəkdə də iştirak etmək istəyirik.