Azərbaycanın Sənaye Portalı

Mükafat fondu iki milyon dollar olan V Beynəlxalq “Lafarge Holcim” müsabiqəsi elan olunub.

“Lafarge Holcim” Elmi Fondu tərəfindən maliyyələşdirilən müsabiqə memarlıq, landşaft dizaynı, şəhərsalma dizaynı, layihələndirmə, texnologiya və tikinti, həmçinin material mühəndisliyi üzrə layihələri əhatə edir.

Müsabiqənin əsas kateqoriyasına müasir tikinti və inşaat sektoru üzrə texnoloji, ətraf mühit, sosial-iqtisadi və mədəni məsələlərə dayanıqlı həll yolları, memarlar, planlaşdırıcılar, mühəndislər, müvafiq ixtisaslar üzrə tələbələr, layihə müəllifləri, inşaatçılar və tikinti şirkətləri qatıla bilərlər. Müsabiqəyə qatılmaq pulsuzdur və müəllif, layihə xülasəsi, texniki detallar, eləcə də layihə şəkilləri və ya illüstrasiyaları təqdim etmək üçün internetdən əldə olunan blank vasitəsilə ingilis dilində təqdim olunmalıdır. Müraciətlər 2017-ci ilin martın 21-dək qəbul olunur.

Azərtac