Azərbaycanın Sənaye Portalı

Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə iyunun 2-də Bakıda "Sənayenin təkmilləşdirilməsi üçün innovativ texnologiyalar" mövzusunda forum keçiriləcək.

Forum Almaniyanın Saksoniya vilayətindən olan müəssisələrin Azərbaycana səfəri ilə əlaqədar olaraq "Sachsen GmbH" İqtisadi Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil edilir.

Tədbirdə Almaniya və Azərbaycan müəssisələri arasında maşınqayırma və avadanlıq, neft-kimya və kimya sənayesi, enerji təchizatı və nəzarət, elektrotexnika, qaynaq avadanlığı, gəmiqayırma və təmiri, kran, tikinti və daşınmaz əmlak, əməliyyat təhlükəsizliyi vasitələri sahələrini təmsil edən şirkətlərlə ikitərəfli görüşlər baş tutacaq. Azərbaycan şirkətləri bu görüşlərdən yeni biznes imkanları əldə etmək, yeni layihələri tanımaq, şəbəkələrini güclü əməkdaşlıq və lazımlı tərəfdaşlar ilə genişləndirmək üçün istifadə edəcək.

Azərtac