Azərbaycanın Sənaye Portalı

Nəzərinizə çatdırırıq ki, 13 iyun 2016-cı il tarixində İtaliyanın paytaxtı Roma şəhərində İtaliya-Azərbaycan Biznes Forumunun keçirilməsi nəzərdə tutulur.
Biznes forumun Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası çərçivəsində keçirilməsi planlaşdırılır.
Azərbaycanın işgüzar dairələri tədbirdə iştiraka dəvət olunurlar. İştirakda maraqlı olanlardan qısa müddət ərzində bu haqda Azərbaycan Respublikasının Energetika Nazirliyinə məlumat vermələri xahiş olunur. Əlaqələndirici şəxs həmin nazirliyin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Azər Rzayevdir (tel.: +99412 598 16 53/54/55, dax. – 227, e-mail: azer.rzayev@gmail.com).