Azərbaycanın Sənaye Portalı

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Çin Xalq Respublikasının Urumçi şəhərinə təşkil olunacaq ixrac missiyasında iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Tarix: 29 avqust – 3 sentyabr 2018-ci il

İxrac missiyasının əhatə etdiyi sahələr: Qida məhsulları (bütün növ)

Şərab və spirtli içkilər

İxrac missiyasında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəkdir.

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO).

Müsabiqə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 19 iyul 2018-ci il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;

nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;

sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2017-ci ildə ixrac etdiyi məhsullarının həcmini göstərməklə – 5 bal;

Meyarların cəmi üzrə minimum keçid balı - 20 (iyirmi) bal.

İxrac missiyasında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

ərizə;

sahibkarın istehsal potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;

Sənədlər aşağıdakı ünvan üzrə 6 iyul 2018-ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Fuad Cəfərov
AZPROMO - İxracın Təşviqi Departamentinin direktoru
Tel: +99412 5980147/48 (daxili 141)

E-mail: fceferov@azpromo.az
E-mail: destek@azpromo.az