Azərbaycanın Sənaye Portalı

Cari ilin 14-17 noyabr tarixlərində İsrailin paytaxtı Tel Əvivdə Milli Təhlükəsizlik mövzusunda 4-cü beynəlxalq konfrans keçiriləcəkdir. Konfrans bir çox dövlət qurumlarının dəstəyi ilə İsrail İxrac və Beynəlxalq Əməkdaşlıq İnstitutu tərəfindən təşkil olunacaq.
“Israel HLS&CYBER 2016” çərçivəsində “gələcək nəsil” və yüksək  texnologiyaların, sənaye sistemlərinin nümayiş olunduğu sərgi, mühazirələr, seminarlar və müzakirə panelləri, o cümlədən “start-up” şirkətləri üçün nəzərdə tutulan nümayiş ərazisi və İnnovasiya Mükafatı yarışması təşkil olunacaqdır.
Tədbir müddətində, iştirakçılar İsrailin təhlükəsizlik mütəxəssisləri və sənaye liderləri ilə infrastruktur mühafizəsi, qlobal şəkildə artan terror təhlükəsində maneələr, cinayətkarlıqla mübarizə, ictimai nizam və fövqəladə hallara hazırlılıq və s. kimi mövzuları müzakirə etmək imkanı qazanacaqlar.
Ətraflı məlumat üçün rəsmi internet səhifədən istifadə edə bilərsiniz: https://www.israelhlscyber.com/