Azərbaycanın Sənaye Portalı

“ADEX” sərgisi müdafiə sənayesi sahəsində beynəlxalq əməkdaşlığa yeni təkan verməklə yanaşı, Azərbaycan hərbi məhsullarının dünya bazarında rəqabətədavamlı olmasını təmin edən əsas tədbirdir.

 

ADEX-2014” SƏRGİSİNƏ DAİR FAKTLAR

“ADEX-2014” sərgisi Bakı Ekspo Mərkəzinin üç pavilyonunu əhatə edərək dünyanın 34 ölkəsindən 200 şirkəti bir arada topladı. Ümumilikdə, sərgidə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Cənubi Koreya, Polşa, İsrail və Ukraynadan 8 milli qrup öz stendi ilə çıxış etdi.

Sərginin başlandığı il:

2014

Sərginin müntəzəmliyi:        

Hər iki ildən bir

Sahəsi:

15004 m2

İştirakçıların sayı:

200

Ölkələrin sayı:

34

Ziyarətçilərin sayı:

6421

 

“ADEX” SƏRGİSİNDƏ İŞTİRAKIN ÜSTÜNLÜKLƏRİ

 

RƏYLƏR

“ADEX” sərgisi digər iştirakçılarla ünsiyyət qurmaq və təcrübə mübadiləsi aparmağımız üçün gözəl imkan yaratdı və mən əminəm ki, sözügedən sərgi səmərəli əməkdaşlığın yaranmasına da töhfə verəcək.”

German Qutorov,

“Streit Group” şirkətinin Baş icraçı direktoru

***

 

“ADEX” sərgisində iştirak etməkdən məmnunuq və beləliklə, sərgi ziyarətçiləri bizim bacarıqlarımızın miqyası ilə tanış ola biləcəklər.

Mehmet Sahan,

“Thales Azerbaijan” şirkətiniz Ölkə üzrə direktoru

***

 

Sözügedən sərgidə iştirak etməklə, biz biznes sahələrində, o cümlədən gəmiqayırma texnologiyası üzrə biliklərin ötürülməsi, maarifləndirmə və texniki xidmət sahələrində əməkdaşlıq etməyə ümid bəsləyirik.

AE il Hun,

“Hyundai Heavy Industries Co., Ltd” şirkətinin Xüsusi və Hərbi Donanma təyinatlı gəmiqayırma bölməsinin Birinci Vitse-prezidenti

***

 

Biz Azərbaycanda təşkil olunan 1-ci “Müdafiə sənayesi” sərgisində iştirak etməkdən qürur duyuruq. Həmçinin, biz bu ölkənin bazarında böyük potensial görürük və inanırıq ki,  ölkəniz tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin modernləşdirilməsi üçün yeni avadanlıqlarla əlaqədar  irəli sürülmüş tələblərə əməl edə biləcəyik.

Daniel Petit,

“MBDA” şirkəti, Satış və Biznes Departamentinin Marketinq üzrə Korporativ direktoru