Azərbaycanın Sənaye Portalı

Cari ilin 22-24 noyabr tarixlərində “Baku Expo Mərkəzi”ndə Beynəlxaq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi keçiriləcəkdir. Sərgidə Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Ukrayna, Luksemburq, İspaniya, Portuqaliya, Macarıstan və Kipr kimi 9 müxtəlif ölkədə həyata keçirilən daşınmaz əmlak layihələri nümayiş etdiriləcək.
Qeyd: Ən önəmli ticarət sərgiləri təşkilatçılarından olan ELANEXPO Azərbaycanla yanaşı, Əlcəzair, Mərakeş, İraq və Qazaxıstanda bir çox sərgilər təşkil etmiş və hər il baş tutan bu kimi sərgilərdə bu günə qədər yüzlərlə şirkət təmsil olunmuşdur.
Sərgi haqqında daha ətraflı məlumat almaq və iştirak etmək istəyən şəxslər RecExpo-nun rəsmi internet səhifəsindən və qeyd olunan əlaqə vasitələrindən istifadə edə bilərlər:

E-poçt: info@rec-expo.net
Tel: +90 212 273 18 18
İnternet səhifə: www.rec-expo.net