Azərbaycanın Sənaye Portalı

Mingəçevir şəhərində yeni, müasir tələblərə cavab verən yaşayış binasının tikintisini həyata keçirə biləcək tikinti şirkət(lər)inin cəlb edilməsi barədə Mingəçevir Şəhər İcra Hakimiyyətinin məktubu Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə daxil olmuşdur.

Rayon icra hakimiyyətinin məktubunda Mingəçevir şəhərində istismar müddəti başa çatmış və yararsız vəziyyətə düşmüş binaların sökülərək əvəzində müasir tələblərə cavab verən yeni yaşayış binalarının tikintisinə sahibkarların cəlb olunmasına köməklik göstərilməsi xahiş edilmişdir.

Odur ki, yuxarıda qeyd edilən tikinti işlərinin həyata keçirilməsində iştirak etmək istəyən sahibkarların aşağıda göstərilən şəxslə əlaqə saxlamasını xahiş edirik.

 

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

Əlaqələndirici şəxs:

Tural Quluzadə

Əlaqə nömrəsi: (012) 493 88 67 (21-98)