Azərbaycanın Sənaye Portalı

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Rusiya Federasiyasının Həştərxan şəhərinə təşkil olunacaq ixrac missiyasında iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Tarix: 30 may-1 iyun 2018-ci il

İxrac missiyasının əhatə etdiyi sahələr:

Qida, sənaye, tikinti istehsalı.

İxrac missiyasında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcəkdir.

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO).

Müsabiqə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli qərarı ilə təsdiqedilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 21 may 2018-ci il      tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

İxracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;

Nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;

Sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2016-cı ildə ixrac etdiyi məhsullarının həcmini göstərməklə) – 5 bal;

Meyarların cəmi üzrə minimum keçid balı - 20 (iyirmi) bal.

İxrac missiyasında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

Ərizə;

Sahibkarın istehsal potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;

Sənədlər aşağıdakı ünvan üzrə 18 may 2018-ci il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Fuad Cəfərov

AZPROMO - İxracınTəşviqi Departamentinin  direktoru

Tel: +99412 5980147/48 (daxili 141)

E-mail: fceferov@azpromo.az

E-mail: destek@azpromo.az