Azərbaycanın Sənaye Portalı

Azərbaycan Respublikasının Böyük Britaniyadakı Səfirliyinə "Medical Consultancy & Construction" ("MCC Group") şirkəti tərəfındən müraciət edilərək Azərbaycanda səhiyyə sahəsində əməkdaşlıq qurulmasında marağın olduğu bildirilmişdir.

Məlumat üçün bildiririk ki, dünyanın bir neçə ölkəsində fəaliyyət göstərən "MCC Group" tibb sahəsində irimiqyaslı layihələrin - xüsusilə də stasionar, modular və mobil xəstəxanaların planlaşdırılması, layihələşdirilməsi və həyata keçirilməsi üzrə ixtisaslaşmış şirkətdir. Şirkətin baş qərargahı Böyük Britaniyanın paytaxtı London şəhərində yerləşir. Bununla yanaşı, təşkilatın Türkiyənin paytaxtı Ankara və Perunun paytaxtı Lima şəhərlərində Ofisləri vardır. Qeyd edək ki, 150 illik təcrübəsi olan "MCC Group" fəaliyyət göstərdiyi dünyanın bir çox ölkələrində xəstəxana layihələrinin maliyyələşdirilməsi və inşa edilməsində böyük təcrübəyə malikdir.

Əlavə məlumat almaq üçün "MCC Group" şirkətinin əlaqə vasitələri:

•info@mccgrouplondon.com

•Tel: +44 207 096 0446

•Faks: +44 871 528 3805

•www.mccgrouplondon.com

Ünvan: 4 Devonshire Street, London W1W 5DT