Azərbaycanın Sənaye Portalı

22-23 sentyabr tarixlərində Stavropolda kənd təsərrüfatı sahəsində biznes modellərin transformasiyası və yeni inkişaf istiqamətləri mövzusunda “Аqro Cənub 2016” forumu təşkil olunacaq. Forum Stavropol əyaləti hökumətinin, Kənd Təsərrüfatı Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin dəstəyi əsasında həyata keçiriləcək.
“Aqro Cənub 2016” Rusiyanın aqro-sənaye sahəsinin əsas simaları ilə yüksək səviyyəli görüşlər keçirmək üçün nəzərdə tutulan yeganə beynəlxalq platformadır.
Dəyirmi masalar, plenar iclaslar, debatlar, mətbuat konfransları, ticarət şəbəkələri ilə görüşlər şəklində reallaşacaq forumun əsas müzakirə obyekti kənd təsərrüfatı və qida sənayesinin müxtəlif sahələri, xüsusilə süd məhsulları istehsalı, quşçuluq, fermaçılıq, bağçılıq sahələri, kənd təsərrüfatı tullantılarının təkrar istehsalı, müvafiq infrastrukturun inkişaf etdirilməsi, investisiya imkanları, idxal əvəzləyici proqramlar və digərləri olacaqdır.
Forumda iştirak etmək istəyənlər tədbir haqqında daha ətraflı məlumatı rəsmi internet səhifədən ala bilərlər: http://www.forumagroyug.com/