Azərbaycanın Sənaye Portalı

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi qeyri-neft məhsullarının və ya məhsul qruplarının ixracı üçün yeni və mövcud ixrac bazarlarına çıxış imkanlarının tədqiqi məqsədi ilə xarici bazar araşdırmaları ilə bağlı ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Hədəf bazarlar: MDB ölkələri, Avropa Birliyi ölkələri, Çin Xalq Respublikası, Orta Şərq ölkələri

Bazar araşdırması aparılması üçün sifarişləri qəbul ediləcək ixracatçıların seçilməsi müsabiqə əsasında həyata keçiriləcəkdir.

Bazar araşdırması dəstək tədbirinə müraciət edən ixracatçılar tərəfindən yalnız bir ölkə və bir məhsul seçilə bilər.

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi - Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO).

Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 25 oktyabr 2019-cu il tarixində AZPROMO-da təşkil olunacaq.

Müsabiqədə iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

Ərizə;

Seçim meyarları:

Meyarların cəmi üzrə minimum keçid balı: 20 (iyirmi) bal.

Sənədlər aşağıdakı ünvan üzrə 15 oktyabr 2019-cu il tarixinədək təqdim olunmalıdır: Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.Əlavə məlumat üçün:

Anar Nuriyev

AZPROMO - İxracın Təşviqi Departamentinin marketinq üzrə meneceri
Tel: +99412 5980147/48 (daxili 123)
E-mail: anar.nuriyev@azpromo.az
Aybəniz Məmişova
AZPROMO - İxracın Təşviqi Departamentinin layihə meneceri
Tel: +99412 5980147/48 (daxili 124)
E-mail: aybeniz.memishova@azpromo.az