Azərbaycanın Sənaye Portalı

15-19 may 2016-cı il tarixlərində İndoneziyanın paytaxtı Cakarta şəhərində innovasiya sərgisi keçiriləcəkdir. Sərgi İslam İnkişaf Bankının Müdirlər Şurasının 41-ci İllik Toplantısı çərçivəsində təşkil olunacaq və səhiyyə, təhsil, gənclərin potensialının artırılması və onları işlə təmin edilməsi sahələrinə aid innovasiya layihələrinə həsr olunacaq.

İnnovasiya sərgisində iştirak etməkdə maraqlı olan sahibkarlardan 14 yanvar 2016-cı il tarixinədək aşağıda göstərilən əlaqə vasitələrindən istifadə edərək məlumat vermələri xahiş olunur:

Tel.: +99412 598 01 47/48 (ext.: 108)
E-mail: vmirzayev@azpromo.az