Azərbaycanın Sənaye Portalı

“Minsk Podşipnik Zavodu” SC MDB məkanında podşipnik istehsalı ilə məşğul olan ən böyük müəssisələrdən biridir. Zavod 30-dan çox ölkənin maşınqayırma, metallurgiya, yanacaq-enerji müəssisələrini, tikinti, meşə və digər sənaye sahələrini istehsal etdiyi məhsullar ilə təmin edir.
Diametrləri 10-980 mm., çəkisi 700 kq.-a qədər olan müxtəlif ölçülü sferik, silindrik, yumru və digər podşipniklərin istehsal olunması zavodun əsas fəaliyyət istiqamətlərini təşkil edir.
Zavod öz brendlərini “MPZ” brendi adı altında bazara çıxarır və məhsullar beynəlxalq standartların tələblərinə tam cavab verir.
Hal-hazrda “Minsk Podşipnik Zavodu” SC marketinqin həcmini artırmaqda və məhsulların ixracının coğrafiyasını genişləndirməkdə maraqlıdır. Bu səbəblə, SC Azərbaycanda fəaliyyət göstərən şirkətlərə və sahibkarlara hər iki tərəf üçün mənfəətli olan əməkdaşlıq şərtləri təklif edir.
Müəssisələr, istehsal olunan məhsulların nomenklaturası, texniki xarakteristikası, qiymətlər və digər məlumatlar üçün zavodun rəsmi internet səhifəsinə baş çəkə bilər və qeyd olunan əlaqə vasitələrindən istifadə edə bilərsiniz.

Tel.: (+375 17) 295 14 11/ (+375 17) 295 15 18
Faks: (+375 17) 295 15 01
http://mpz.com.by/