Azərbaycanın Sənaye Portalı

ABŞ-ın Ticarət Departamenti və Dövlət Departamentinin dəstəyi ilə 19-21 iyun 2016-cı il tarixlərində Vaşinqton şəhərində "Select USA " adlı 3-cü Sərmayə Sammiti keçiriləcəkdir. "Select USA" proqramı çərçivəsində keçirilən bu sammit müxtəlif ölkələrdə ABŞ-a sərmayədarların cəlb olunması, həmçinin ABŞ şirkətlərinin beynəlxalq sərmayədarlarla birbaşa əlaqə yaratması və imkanların bölüşdürülməsi üçün platforma rolunu oynayır. Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və işgüzar dairələr tədbirdə iştiraka dəvət olunur. Sammit haqqında ətraflı məlumatı aşağıda qeyd olunan internet səhifədən əldə edə bilərsiniz.
www.selectusasummit.us