Azərbaycanın Sənaye Portalı

2017-ci ilin 9-11 mart tarixlərində Baku Expo Centre-də mebel sənayesi, ev tekstili, xalçaçılıq, məişət avadanlıqları və digər dekor əşyalarının nümayiş olunacağı 3-cü beynəlxalq sərgi keçiriləcək. Sərgidə rəsmi şəxslər, distributorlar, dizaynerlər, məşhur hotellərin nümayəndələri, daşınmaz əmlak məsələləri ilə məşğul olan şirkət nümayəndələri və digər iş adamlarının iştirakı gözlənilir.

Qeyd: Ən önəmli ticarət sərgiləri təşkilatçılarından olan ELANEXPO Azərbaycanla yanaşı, Əlcəzair, Mərakeş, İraq və Qazaxıstanda bir çox sərgilər təşkil etmiş və hər il baş tutan bu kimi sərgilərdə bu günə qədər yüzlərlə şirkət təmsil olunmuşdur.

Sərgi haqqında daha ətraflı məlumat almaq və iştirak etmək istəyən şəxslər DecorExpo-nun rəsmi internet səhifəsindən istifadə edə bilərlər:

Email: info@azerbaijandecorexpo.com
Tel: +90 212 273 18 18
Webpage: www.azerbaijandecorexpo.com