Azərbaycanın Sənaye Portalı

Cari ilin 8-9 oktyabr tarixlərində İran islam respublikasının paytaxtı Tehran şəhərində neft-qaz və neft-kimya üzrə beynəlxalq forum keçiriləcəkdir.
Bununla əlaqədar, neft-qaz və neft-kimya sahələri üzrə Azərbaycan Respublikasında fəaliyyət göstərən aparıcı şirkət rəhbərləri, biznesmenlər və sahibkarlardan ibarət 5 nəfər şəxs sözügedən forumda iştirak etmək məqsədilə İrana səfərə dəvət olunurlar.
Qeyd edək ki, dəvət olunan şəxslərin iki gün yarım (iki gecə və bir gündüz) ərzində İranda dörd ulduzlu hoteldə qalması ilə bağlı xərclər tədbirin təşkilatçıları tərəfindən ödəniləcəkdir.
Tədbir haqqında əlavə məlumat almaq üçün aşağıda qeyd olunan əlaqə vasitələrindən istifadə edə bilərsiniz:

Fuad Cəfərov
Tel: +99412 5980147/ 48 (daxili 141)
E-poçt: fceferov@azpromo.az