Azərbaycanın Sənaye Portalı

“Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində sahibkarların və menecerlərin 2019-cu ildə Almaniyada “İqtisadi kooperasiya” üzrə 1 ay müddətində ixtisasartırma kursunda iştirakı məqsədi ilə

MÜSABİQƏ ELAN EDİR

Proqramın məqsədi Azərbaycanın sahibkarlıq subyektləri nümayəndələrinin Almaniyada ixtisasartırma kursu keçməsinə, onların beynəlxalq təcrübəyə yiyələnməsinə, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələrinin qurulmasına, peşəkarlıq səviyyəsinin yüksəlməsinə şərait yaratmaqdır.

İxtisasartırma kursunun aşağıdakı mövzularda keçirilməsi nəzərdə tutulur:

1. İqtisadi kooperasiya (bütün sahələr üzrə).

Proqramın dili ingilis dilidir.

2. Kənd təsərrüfatında iqtisadi kooperasiya.

Proqramın dili rus dilidir.

Namizədlərə aşağıdakı tələblər irəli sürülür:

-  Ali təhsil (bakalavr və ya magistr dərəcəsi);

-  Menecment sahəsində azı 1 il iş təcrübəsi;

-  Yaşı 45-dən çox olmamalı;

-  İngilis və ya rus dillərini bilməli (Proqramın dilindən asılı olaraq).

Almaniyada keçiriləcək  ixtisasartırma kursu aşağıdakı mərhələlərdən ibarətdir:

1. Treninqlər (praktiki idarəetmə vərdişlərinin qazanılması);

2. Şirkətlərdə praktiki təcrübə (qrup və ya fərdi halda təcrübə keçmək, işgüzar əlaqələr yaratmaq).

İxtisasartırma kursları zamanı Almaniyada qalmaq xərclərini və təhsil haqqının ödənilməsini alman tərəfi öz öhdəsinə götürür. Yol xərci iştirakçıların təmsil etdiyi təşkilat və ya namizədlər tərəfindən ödənilir.

2018-ci ilin noyabr-dekabr aylarında Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) mütəxəssislərinin iştirakı ilə namizədlərin seçilməsi üzrə müsabiqə keçiriləcəkdir.

Namizədlər aşağıdakı formaları tələb olunan qaydada doldurmalı, elektron və kağız formada qeyd olunan ünvana şəxsən təqdim etməlidirlər:

- namizəd haqqında məlumat - ingilis dilində;

- fərdi məlumatların qorunmasına dair ərizə - ingilis dilində;

- vəzifəsi göstərilməklə iş yerindən təşkilat rəhbəri tərəfindən təsdiq olunmuş arayış;

- 3x4 ölçüdə foto -2 ədəd.

Formaları İqtisadiyyat Nazirliyinin saytının “Son xəbərlər” və ya “Elanlar, tenderlər, kotirovkalar” bölmələrindən əldə etmək mümkündür: www.economy.gov.az. 

Sənədlər 2018-ci il noyabrın 20-dək aşağıdakı ünvanda qəbul ediləcəkdir:

Bakı şəh., Şərifzadə küçəsi, 172,  4-cü mərtəbə, otaq 402.

Əlaqələndirici şəxs: Məlahət Kazımova.

Tel: (012) 431-39-07, 430-93-22.

E-mail: malahat.kazimova@bbtc.gov.az; info@bbtc.gov.az.

Application form         

Declaration form